DÜNYA

10 Mart

Fitch: "Ukraynadakı müharibə MDB ölkələrinin iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcək"

Ukraynadakı müharibə və Qərbin Rusiyaya qarşı sanksiyaları MDB+ ölkələri üçün ciddi sarsıntıdır.

Fins.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya iqtisadiyyatına birbaşa təsiri və yoluxma kanallarına məruz qalmalar müxtəlifdir, ancaq iqtisadi təsirlər regionda əhəmiyyətli olacaq:

“Münaqişənin gedişi və sanksiyaların son əhatəsi və müddəti ilə bağlı qeyri-müəyyənlik regiondaxili ticarət və maliyyə axınlarının, eləcə də nəqliyyat və logistika əlaqələrinin pozulmasının miqyası ilə bağlı qeyri-müəyyənliyə gətirib çıxarır. Hazırda elan edilmiş sanksiyaların şiddəti Rusiya iqtisadiyyatının 2022-ci ildə daralmasını qaçılmaz edir və ticarət, pul köçürmələri və turizm kanalları vasitəsilə MDB+ ölkələrinin iqtisadiyyatlarına təzyiq göstərir”.

Ötən il ixracının təxminən 40 %-ni və idxalının 50 %-ni Rusiyadan həyata keçirən Belarus ən çox mənfi təsirə məruz qalır. Belarusa qarşı yeni sanksiyalar və əlavə tədbirlərin mümkünlüyü, bu yaxınlarda “Fitch”in Belarusun reytinqini “CCC” səviyyəsinə endirməsində əks olunub.

“Fitch” müharibə başlayandan bəri, Belarus, Rusiya və Ukraynadan başqa, digər MDB+ ölkələrin kredit reytinqləri dəyişməyib: “Məzənnə çevikliyi onların əksəriyyəti üçün amortizatordur, lakin valyuta zəifliyi inflyasiyanı artırır (ərzaq qiymətlərinin yüksəlməsi kimi), eləcə də dövlət borcunun yüksək olan xarici valyuta komponentinin və depozitlərin dollarlaşması ümumiyyətlə təsirini ağırlaşdırır.”

“Fitch” hesab edir ki, Belarus xaricində, qısamüddətli xarici maliyyə riskləri, digər region ölkələrində böyük xarici buferlər (Qazaxıstan, Türkmənistan, Azərbaycan və Özbəkistan) və çoxtərəfli dəstək (Gürcüstan və Ermənistan) hesabına azaldılır:

"Enerji və qızıl istehsalçıları daha yüksək qiymətlərdən faydalanmalıdır, lakin Qazaxıstan Rusiya infrastrukturundan çox asılıdır, Türkmənistanın ixracatı isə uzunmüddətli müqavilələr əsasında satılır".