DÜNYA

10 Mart

Yaponiyadan Rusiya neftinə sanksiya planı planı

Rusiyadan neft idxalına qoyulan qadağanı gündəminə gətirən baş nazir, "G-7 ölkələri birlikdə işləməli və Ukraynaya təcavüzün ağır bədəlini Rusiyaya göstərməlidir," -bildirib.
"Fins.az"xəbər verir ki, Yaponiya hökuməti ABŞ və Avropa ölkələrinin göstərdiyi “iqtisadi sanksiyalara” uyğun olaraq Rusiyaya qarşı yeni addımlar planlaşdırır.

Baş nazir Kişida Fumio Məşvərət Assambleyasındakı  çıxışında ölkəsinin "Rusiyaya qarşı daha bir neçə sanksiya variantı" olduğunu açıqlayıb. 

Bu variantları “diqqətlə araşdırıb həyata keçirəcəklərini” deyən Kisida hava məkanını Rusiyaya bağlaya biləcəkləri ilə bağlı dəqiq açıqlama verməyib.“İqtisadi sanksiyalar sahəsində hökumət G-7 ölkələri ilə birlikdə çalışaraq, Rusiyaya Ukraynaya təcavüzünün ağır bədəlini göstərə bilməlidir”,- deyə Kişida bildirib.

Ukrayna böhranının “Avropada xalq problemi” ideyasına qarşı çıxan Kişida qeyd edib ki, bu müharibə “beynəlxalq ictimaiyyət, o cümlədən Asiyanı da sarsıldıb”.

Kyodo agentliyi hökumətdəki mənbələrə istinadən yazır ki, mümkün sanksiyalar arasında Yaponiya Rusiyadan neft idxalını qadağan edəcəyi ilə bağlı qərar da var.