DÜNYA

10 Mart

BƏƏ-dən neft hasilatının artırılmasına dəstək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vaşinqtondakı səfiri Yousef al-Otaiba, neft hasilatının artırılmasını dəstəklədiklərini və Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) daha yüksək hasilat səviyyəsini nəzərdən keçirməyə təşviq edəcəklərini bildirib.
"Fins.az"xəbər verir ki, Otaiba verdiyi yazılı açıqlamada BƏƏ-nin 50 ildən artıqdır ki, qlobal bazarlar üçün "etibarlı və məsuliyyətli" enerji təchizatçısı olduğunu bildirib.

BƏƏ-nin enerji bazarlarında sabitliyin qlobal iqtisadiyyat üçün kritik olduğuna inandığını vurğulayaraq, "Biz hasilatın artırılmasını dəstəkləyirik və OPEK-i daha yüksək istehsal səviyyələrini nəzərə almağa təşviq edəcəyik,"-deyə bildirib.