Britaniyanın hamilə qadınlar və azyaşlı uşaqlar üçün məhsulların satışı ilə məşğul olan Mothercare şirkəti səbəb göstərmədən Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb.
"Fins.az"xəbər verir ki,şirkətin açıqlamasında bildirilir ki, Rusiyada bütün işgüzar fəaliyyətlər, o cümlədən bütün məhsulların tədarükü müvəqqəti olaraq dayandırılıb. Yerli iş ortağımız 120-yə yaxın pərakəndə satış məntəqəsinin işini, eləcə də onlayn satışı dərhal dayandıracağını təsdiqləyib
Qeyd edək ki, Mothercare-in 40 ölkədə 800-ə yaxın mağazası var. Qlobal pərakəndə satışlarının təxminən 20-25%-i Rusiyanın payına düşür. Mothercare-in proqnozlarına görə, Rusiyada fəaliyyətin dayandırılması səbəbindən itirilən mənfəət ayda təxminən 500 min funt sterlinq (təxminən 700 min dollar) ola bilər.