DÜNYA

09 Mart

AB rəsmisi: Aİ-nin bu qış üçün Rusiya qazına ehtiyacı yoxdur

Aİ Komissiyasının sədri Ursula Von Der Leyen bildirib ki, Aİ-nin bu qış üçün Rusiya qazına ehtiyacı yoxdur.
"Fins.az"xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Aİ-nin kifayət qədər qaz ehtiyatına malik olduğunu və qışın sonuna qədər Rusiyanın idxalından asılı olmayacağını bəyan edib.

Almaniya televiziya kanallarından birinə müsahibə verən Leyen Rusiyanın Ukraynaya təcavüzünə görə, ölkəyə tətbiq edilən sanksiyaların Rusiya hökumətinə maksimum, Qərb iqtisadiyyatlarına isə mümkün qədər az təsir göstərmək üçün hazırlandığını bildirib.