Britaniya hökuməti Moskvanın Ukraynada başlatdığı xüsusi əməliyyat nəticəsində Rusiyaya aviasiya və kosmik məhsul və texnologiyaların ixracına qadağa qoyulduğunu açıqlayıb.
"Fins.az"xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.
Bildirilir ki, bundan əlavə, Britaniya sığortaçılarına iqtisadiyyatın bu sektorlarında rusiyalı kontragentlərə xidmət göstərmək qadağan ediləcək. Eyni zamanda, Xarici İşlər Nazirliyi "mövcud siyasətlərin əhatə dairəsini ləğv etdiyini" bildirib. Bunun nəticəsində Böyük Britaniya sığorta şirkətləri artıq bağlanmış müqavilələr üzrə kompensasiyaları "ödəyə bilməyəcəklər".