DÜNYA

09 Mart

KFC və “Pizza Hut” Rusiyaya investisiyaları dayandırıb

KFC və “Pizza Hut” restoranlarının sahibi olan ABŞ-ın “Yum! Brands” şirkəti Rusiyaya investisiyalarını dayandırıb.

Bu barədə şirkətin rəsmi bəyanatında deyilir.

“Dünyadakı bir çox başqa şirkətlərı kimi, biz də Ukraynada baş verən faciəli hadisələrdən şokdayıq. “Yum! Brands” Rusiyada bütün investisiya layihələrini, eləcə də restoran açılışlarını dayandırıb və əlavə tədbirləri nəzərdən keçirir”, - bəyanatda bildirlir.

Mənbə: TASS