Beynəlxalq reytinq agentliyi SP Rusiyanın ən iri şirkətlərinin kredit reytinqlərini mənfi proqnozla C və CCC- səviyyəsinə salıb.
Siyahıya 50-dən çox şirkət daxil edilib ki, onlardan bəziləri Rusiya iqtisadiyyatında aparıcı mövqe tutur.
“Qazprom”, “Rosneft”, Rusiya Dəmir Yolları, MTS, “Alrosa” və “X5 Group” onlardan yalnız bir neçəsidir.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın ən böyük bankı “JPMorgan” Rusiyada defolt təhlükəsi barədə xəbərdarlıq etmişdi. Digər reytinq agentliyi – “Fitch Rating” isə Rusiya Federasiyasının reytinqini BBB-dən B-yə endirmişdi ki, bu da uzunmüddətli defolt riskinin yüksək olması deməkdir.
Mənbə: segodnya.ua