ABŞ Ticarət Naziri Raimondo Rusiyaya kömək edən Çin şirkətlərinə xəbərdarlıq edib
"Fins.az" xəbər verir ki, "ABŞ-ın ticarət naziri Gina Raimondo bəyan edib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına etiraz edən Çin şirkətlərinə qarşı tədbirlər görülə bilər.
“New York Times” qəzetinə müsahibəsində Raimondo bildirib ki, Çin şirkətləri ABŞ-ın ixrac qaydalarına məhəl qoymasalar, məhsullarını istehsal etmək üçün lazım olan Amerika avadanlıq və proqram təminatına çıxışı itirmək riski ilə üzləşirlər.
Rusiyanın ABŞ-ın sanksiyaları və ixrac nəzarətindən yayınmaq üçün digər ölkələrlə axtarışda olacağına diqqət çəkən Raimondo, Rusiyaya tədarük etməyə davam edən Çin şirkətlərinin ağır cəzalara məruz qalacağı ilə bağlı xəbərdarlıq edib.
ABŞ Ticarət Departamenti Rusiyanın Ukraynaya hücumundan sonra ölkənin hərbi imkanlarını qorumaq üçün lazım olan texnologiyalara və digər maddələrə çıxışına mane olacaq bir sıra ixrac məhdudiyyətlərinin tətbiq edildiyini açıqlayıb.