DÜNYA

09 Mart

Aİ Rusiyadan enerji daşıyıcıları idxalını qadağan etməyəcək

Avropa İttifaqı Rusiyadan enerji daşıyıcılarının idxalını qadağan etmək niyyətində deyil.

"Fins.az" xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel "Al-Jazeera" telekanalının efirində deyib. O, belə bir bəyanatla Vaşinqtonun Moskvaya qarşı enerji daşıyıcılarının tədarükünə qadağanı nəzərdə tutan yeni sanksiyaları elan etməsindən sonra çıxış edib.

“Biz Rusiya enerjisinin idxalını qadağan etməyəcəyik. Biz bu məsələdə Baydenin arxasınca getməyəcəyik”, - Borrel belə deyib. O, həmçinin qeyd edib ki, Ukraynanın Aİ-yə qəbul olunması mümkündür, lakin bu, tezliklə baş verməyəcək.