“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Belarusun xarici valyutada uzunmüddətli defolt reytinqini “B”-dən “CCC”-yə endirib.
Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
"Fitch”in məlumatına görə, artıq mövcud məhdudiyyətlər səbəbilə Belarusun həm xarici, həm də dövlət maliyyəsi zəifləyəcək, makroiqtisadi göstəricilər pisləşəcək.