Yaponiya hökuməti Rusiyanın xarici işlər naziri S.Lavrovun ukraynalı həmkarı Dmitri Kuleba ilə Antalyada keçiriləcək görüşünü böyük diqqətlə izləyəcək.
Fins.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno martın 8-də keçirilən ənənəvi mətbuat konfransı zamanı bəyan edib.
“Belə bir görüşün martın 10-da keçiriləcəyi barədə bizim məlumatımız var. Böyük diqqətlə bu danışıqların gedişini izləyəcəyik”, - deyə baş katib bildirib.
Bu ərəfədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukrayna xarici işlər nazirlərinin martın 10-da Antalyada təşkil ediləcək diplomatik forumda bir araya gələcəklərini bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu məlumatın doğruluğunu təsdiq edərək, görüşdə Türkiyənin xarici ticarət idarəsinin rəhbərinin də iştirak edəcəyini əlavə edib.
© azertac