X5 Pərakəndə Qrupu (Pyaterochka, Perekrestok, Karusel, Chizhik daxildir) müəyyən malların böyük alışlarına, həmçinin Vprok.ru onlayn mağazasına məhdudiyyət qoyduğunu açıqlayıb.
"Fins.az""Kommersant"-a istinadən xəbər verir ki, məhdudiyyətlər xüsusilə şəkər tozu, qarabaşaq yarması, günəbaxan yağına təsir edəcək. Şirkətdən bildiriblər ki, bu mallara tələbat artıb və tədarükçülərin məhsulları göndərilməyə hazırlamağa vaxtı çatmır.
X5 Pərakəndə Qrupuna görə məhdudiyyətlər "vəziyyəti normallaşdırmağa" və "alıcıları tələb olunan həcmdə zəruri mallarla təmin etməyə" kömək edəcək. şirkətdən bildirilib ki, bizdə olan məlumata görə, təchizatçıların kifayət qədər məhsul ehtiyatı var, lakin məhsulları pərakəndə satış şəbəkələrinə çatdırmaq üçün qablaşdırmağa və hazırlamağa vaxtları yoxdur ki, bu da 2020-ci ilin martında koronavirusun yayılmasının başlanğıcındakı vəziyyəti təkrarlayır.