DÜNYA

05 Mart

Zara, Massimo Dutti, Bershka, Oysho brendləri də Rusiyada olan mağazalarını bağlayır

Bir neçə məşhur geyim brendinin sahibi olan Inditex Rusiyada bütün mağazaların və onlayn platformaların fəaliyyətini dayandırdığını elan edib.

"Fins.az"xəbər verir ki,xüsusilə şirkət Zara, Massimo Dutti, Bershka, Oysho, Pull Bear, Stradivarius mağazalarını bağlayacaq.

Inditex-in açıqlamasında deyilir ki, mövcud şəraitdə şirkət Rusiya Federasiyasında fəaliyyətinin davamlılığına zəmanət verə bilməz və fəaliyyətini müvəqqəti dayandırır.

Qeyd edək ki,Inditex-in qlobal mənfəətinin təxminən 8,5%-i Rusiyanın payına düşür.Bundan əvvəl HM və Mango geyim mağazaları da Rusiyada öz fəaliyyətini dayandırmışdı.