Rusiya tərəfindən Avropanın “taxıl anbarı” kimi tanınan Ukraynaya hücumun buğda qiymətini son 14 ilin ən yüksək həddinə çatdıracağı, çörək, makaron və biskvit kimi məhsulların qiymətlərini artıracağı gözlənilir.
"Fins.az"xəbər verir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə kənd təsərrüfatı məhsullarının qiymətlərində artım sürətlənib, qiymət artımı isə qlobal ərzaq inflyasiyası üçün yuxarı risk yaradır..
Azov və Qara dənizdə bir çox limanların bağlanması, sığortanın olmaması, daşıma xərclərinin yüksək olması və bəzi gəmilərin döyüş bölgəsinə doğru marşrutlardan istifadə etməyə üstünlük verməsi problemi daha da böyüdür.
Buğdanın qiymətinin tarixi maksimum həddə çatması ilə yanaşı günəbaxan yağı və soyada qıtlıq riskinin olduğu bildirilir.
Gübrə qiymətləri artmaqda davam etsə də, son hadisələr kənd təsərrüfatı sektorunun əsas tədarükçü ölkələr olan Rusiya və Ukraynadan nə dərəcədə asılı olduğunu göstərir.