Fransanın Sanofi əczaçılıq şirkəti Rusiyada fəaliyyətini davam etdirir və dərman vasitələrinin fasiləsiz təchizatını təmin etməyi qarşısına məqsəd qoyub.
"Fins.az" "TASS"-a istinadən xəbər verir ki, bu barədə şirkətin yayımladığı açıqlamada məlumat verilir.
Məlumata görə, “Sanofi” əczaçılıq şirkəti bildirib ki, o, Rusiyada işləməyə davam edir və öz dərmanlarının fasiləsiz təchizatını təmin etmək üçün əlindən gələni edir
Şirkətin anbarlarında kifayət qədər dərman ehtiyatı olduğunu bildirən şirkətin nümayəndəsi qeyd edib ki, Oryol vilayətindəki Sanofi Vostok istehsal kompleksi planlaşdırıldığı kimi fəaliyyətini, həmçinin tibbi təcrübəni təkmilləşdirmək üçün elm və təhsil mübadiləsi sahəsində səhiyyə mütəxəssisləri ilə əlaqələri davam etdirir.
Qeyd edək ki,Sanofi beynəlxalq Fransa əczaçılıq şirkətidir. Rusiya bazarında 1970-ci ildən fəaliyyət göstərir. Sanofi-Aventis Vostok istehsal müəssisəsi 2010-cu ildə Oryol vilayətində beynəlxalq tələblərə və yaxşı istehsalat təcrübəsi standartlarına uyğun olaraq tikilib. 2013-cü ildə kompleks müasir insulinlərin tam istehsal dövrünə daxil oldu. 2012-ci ildən onun müəssisələrində onkoloji xəstəliklərin müalicəsi üçün dərman preparatlarının istehsalına başlanılıb.