DÜNYA

05 Mart

eBay Rusiya və Ukraynaya sifarişlərin çatdırılmasını dayandırıb

Onlayn satışla məşğul olan Amerikanın eBay şirkəti martın 3-dən Rusiya və Ukraynaya sifarişlərin çatdırılmasını dayandırıb.

"Fins.az"xəbər verir ki, bu barədə şirkət bu gün yayımladığı açıqlamda məlumat verib.

Məlumata görə, bu qərara səbəb Ukrayna ətrafındakı vəziyyətdir. Açıqlamaya görə, şirkət “daşımalarda fasilələrdən təsirlənən alıcı və satıcıları qorumaq üçün martın 3-dən Ukrayna və Rusiyaya beynəlxalq daşımaları dayandırıb.

eBay-in məlumatına görə, şirkət pul vəsaitlərinin hərəkətinin pozulması nəticəsində yaranan təzyiqi azaltmaq üçün Ukraynada istifadəçilər üçün satış haqlarının yığılmasını dayandırıb

Qeyd edək ki, eBay Inc. - dünyanın 190 ölkəsində fəaliyyət göstərən ticarət sahəsində dünyanın ən böyük Amerika şirkətlərindən biridir . Data Insight-a-ın araşdırmasına görə, eBay 2021-ci ildə Rusiyada ən populyar satış platforması olub.