DÜNYA

05 Mart

Bu ölkədə benzin və dizel qiymətləri qaldırılacaq

Ukrayna münaqişəsində qlobal neft qiymətlərinin yüksəlməsi fonunda Hindistan benzin və dizelin qiymətlərini gələn həftə artıracaq.

Neft şirkətləri martın 7-də keçiriləcəkləri iclasda bu barədə qərar qəbul edəcək.

Neft ehtiyacının 80%-ni idxal hesabına ödəyən bu ölkədə qiymət artımı noyabrda olmuşdu.

Dövlət neft şirkətləri Hindistan hökumətinə benzin və dizelin qiymətini bir litr üçün 10-12 rupi artırmalı olduqlarını bildiriblər.