ABŞ Ticarət Nazirliyi Rusiyanın neft emalı sənayesini hədəf alan ixrac nəzarətini gücləndirdiyini açıqlayıb.
"Fins.az" xəbər verir ki, nazirliyin bəyanatında deyilir ki, Rusiyanın Ukraynaya hücumuna cavab olaraq iki yeni tədbir görülüb.
Açıqlamada, yeni qaydaların ixrac nəzarəti ilə Rusiyanın neft emalı sektorunu hədəf aldığı bildirilib.
Bəyanatda bildirilir ki, Rusiyanın hərbi təcavüzünü davam etdirmək üçün ehtiyac duyduğu tədarükləri əldə etmək imkanlarını azaltmaq üzrə davam edən səylərimizin bir hissəsi olaraq ABŞ mallarına, proqram təminatına və texnologiyalarına çıxışı daha da məhdudlaşdıracaq
Bəyanatda fikirləri yayımlanan ABŞ Ticarət Naziri Gina Raimondo, Ukraynaya qarşı hücumlar davam edərkən, Rusiyanın iqtisadi və maliyyə dəstəyi üçün müraciət edə biləcəyi yerlərin gündən-günə azaldığını bildirib.