Amerikanın Microsoft şirkəti Ukrayna ətrafında yaranmış vəziyyət fonunda Rusiyada mal və xidmətlərin satışını dayandırmaq qərarına gəlib.
"Fins.az" xəbər verir ki,bu barədə bu gün şirkətin saytında dərc olunmuş məlumatda deyilir.
Məlumatda bildirilir ki, bu gün biz Rusiyada Microsoft məhsul və xidmətlərinin bütün yeni satışlarını dayandırdığımızı elan edirik.
Microsoft Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın sanksiyalarına uyğun olaraq Rusiyada bir sıra xidmətləri dayandırdığını açıqlayıb.