NATO-nun baş katibi Stoltenberq Putini Ukraynadakı müharibəni dərhal dayandırmağa və bütün qüvvələri qeyd-şərtsiz Ukraynadan çıxarmağa çağırıb.
"Fins.az" xəbər verir ki, Stoltenberq Ukraynada uçuşa qadağa zonasının olmayacağını və hərbçilərin göndərilməyəcəyini bir daha vurğulayıb.
NATO-nun baş katibi Stoltenberq Ukraynada ölüm və dağıntıların yaxın günlərdə daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edərək "Putinin Ukraynanı işğal etmək niyyəti var idi. Bu müharibə Putinin müharibəsidir,"-deyə bildirib.
Stoltenberqin açıqlamalarında diqqət çəkən məqamlar bunlardır; “Daha pis görəcəyik və bunun əvəzini ödəyəcəyik. Bunun nəticələrini daha çox insan çəkəcək. Kremlin iddialı hərəkətləri hər kəsi heyran edir.