Roman Abramoviç İngiltərənin Chelsea FC futbol komandasından əl çəkməyə tələsməyəcək.
"Fins.az xəbər verir ki, Abramoviç bu həftə 19 ildir sahib olduğu futbol klubunu satışa çıxarmaq qərarına gəldikdən sonra Chelsea FC, Raine Group LLC investisiya bankının həmtəsisçisi Co Ravitch-i klubu almaq istədyini açıqlayıb.Bu addım milyarder tərəfindən Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələri olan iş adamlarına qarşı beynəlxalq reaksiyaya səbəb olan Rusiyanın Ukraynaya müdaxiləsindən sonra atılıb.
Böyük Britaniyanın baş naziri Boris Conson, hökumətinin Rusiya oliqarxlarına qarşı tətbiq etməyə başladığı sanksiyalara Abramoviçin də daxil edilməsi üçün siyasi müxalifət, eləcə də öz partiyasının üzvləri tərəfindən artan təzyiqlərlə üzləşir. Britaniya rəsmiləri bu addımı nəzərdən keçirdiklərini, lakin davam etməzdən əvvəl möhkəm hüquqi iş qurmalı olduqlarını bildiriblər.
Məlumatlı mənbələrin verdiyi məlumatlara görə, Abramoviçin Qərbi London klubundan 3 milyard funt-sterlinqdən (4 milyard dollar) çox qazanc əldə edəcəyini gözlədiyini və alıcının müəyyənləşdirilməsindən və müqavilənin razılaşdırılmasından əvvəl satış prosesinin təxminən bir ay davam edə biləcəyini bildirib.
Abramoviçin qiymətləndirmə gözləntilərindən güzəştə getməyəcəyinə işarə olaraq, Chelsea FC keçən həftə bir investorun 2,5 milyard funt sterlinqlik təklifini rədd ediyini bildirən mənbə alıcı tərəfin kimliyini açıqlamayıb.
Qeyd edək ki, Abramoviç "Çelsi"ni 2003-cü ildə 140 milyon funt-sterlinqə almışdı.