"Saxalin-1" layihəsinin operatoru olan ABŞ-ın "ExxonMobil" şirkəti adıçəkilən layihəni tərk edir.
Bu barədə şirkətin yaydığı bəyanatda deyilir.
"ExxonMobil Yapon, Hindistan və Rusiya şirkətlərindən ibarət beynəlxalq konsorsium adından "Saxalin-1" layihəsini idarə edir. Son hadisələrə cavab olaraq, biz əməliyyatların dayandırılması prosesinə başlayırıq və "Saxalin-1" layihəsindən çıxmaq üçün addımlar hazırlayırıq", - bəyanatda deyilir.