DÜNYA

02 Mart

"Boeing" şirkəti Rusiya aviaşirkətlərinə ehtiyat hissələrin tədarükünü dayandırıb

ABŞ-ın “Boeing” aviakonserni Rusiya aviaşirkətlərinə ehtiyat hissələrinin tədarükünü və onlara texniki dəstəyi dayandırıb.

Bununla bağlı "Boeing" rəsmi bəyanat yayıb.

"Biz Rusiya aviaşirkətlərinə ehtiyat hissələrinin tədarükü, onlara texniki xidmət və texniki dəstəyi dayandırırıq", - bəyanatda deyilir.

Bundan əvvəl "Boeing" Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Kiyevdəki ofisinin, eləcə də Moskvadakı Skolkovo təlim mərkəzinin işini dayandırmışdı. Bu təlim mərkəzi Boeing təyyarələrində uçan pilotların yenidən hazırlanması və ixtisaslarının saxlanılması üçün ən yaxşı yerlərdən biri hesab olunur.