Avstraliya Ukraynanın müdafiəsinə dəstək üçün 50 milyon, humanitar yardım məqsədilə 25 milyon ABŞ dolları ayıracaq..
“Hərbi yardım raketləri, döyüş sursatlarının verilməsini nəzərdə tutur”, - Avstraliyanın Baş naziri Skott Morrison bildirib.
Onun sözlərinə görə, Ukraynaya humanitar yardım və ölkədə əhalinin tələblərinin təmin edilməsi üçün beynəlxalq təşkilatlara daha 25 milyon ABŞ dolları ayrılacaq.
Avstraliya hökuməti həmçinin NATO-nun Ukrayna üçün fonduna daha 3 milyon ABŞ dolları ianə etməyi öhdəsinə götürüb.