Polşa prezidenti Anjey Duda bildirib ki, Avropa İttifaqının səkkiz ölkəsinin başçısı Ukraynanın mümkün qədər tez alyansa daxil olmasına çağırıblar.
Söhbət Bolqarıstan, Latviya, Litva, Polşa, Slovakiya, Sloveniya, Çexiya və Estoniyadan gedir.
Onun sözlərinə görə, bu ölkələrin prezidentləri Ukraynanın Aİ-yə üzv olmaq perspektivinə layiq olduğuna dərin əminliklərini ifadə ediblər.
Bir müddət əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Aİ-yə üzv dövlətlər Ukraynanı cəmiyyətdə görmək istəyirlər. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı qərar verməyin vaxtı çatıb.