DÜNYA

01 Mart

Avropa İttifaqı Ukraynaya yardım ayırıb

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardım barədə rəsmi qərar verib.

Fins.az xəbər verir ki, Aİ-nin rəsmi jurnalında (OJEU) yerləşdirilən sənədlərə görə Ukrayna ordusuna 450 milyon avro məbləğində silah-sursat və 50 milyon avro məbləğində ləvazimat və avadanlıq veriləcək.

“Bu dəstək tədbirinin məqsədi Ukrayna Silahlı Qüvvələrinin potensialını və dayanıqlılığını daha da artırmaqdır”, - deyə sənəddə qeyd olunub.