DÜNYA

28 Fevral

NATO Ukraynaya dəstəyini artırır

Ukrayna Prezidenti Volodimir Zelenski və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Bu barədə Stoltenberq "Twitter"də bildirib.

“İndicə Prezident Zelenski ilə danışdım, ona Ukrayna xalqının və silahlı qüvvələrinin şücaətinə görə sayğımı ifadə etdim. NATO müttəfiqləri hava hücumundan müdafiə raketləri, tank əleyhinə silahlar, habelə humanitar və maliyyə yardımı ilə öz dəstəyini artırır”, - NATO Baş katibi bildirib.