Dünya Bankı Ukraynada baş verən hadisələr fonunda ölkəyə təcili maliyyə dəstəyi vermək variantlarını hazırlayır.
Bu barədə Dünya Bankının rəhbəri Devid Malpass bildirib.
"Beynəlxalq Valyuta Fondu (BVF) ilə birlikdə sürətli reaksiya üçün bütün maliyyə və texniki dəstək vasitələrindən istifadə ediləcək", Malpass qeyd edib.
O həmçinin əlavə edib ki, Ukraynada baş verən hadisələrin geniş iqtisadi və sosial təsirləri olacaq: "Biz bu xərcləri qiymətləndirmək üçün BVF ilə sıx koordinasiyadayıq".
Malpass əlavə edib ki, Dünya Bankı bu cür dəstək variantlarını, həmçinin sürətli maliyyələşdirməni hazırlamaqla Ukraynaya təcili dəstək verməyə hazırdır.
"Biz Ukraynanın çoxdankı tərəfdaşıyıq və bu kritik anda Ukrayna xalqının yanındayıq", - D. Malpass qeyd edib.