DÜNYA

24 Fevral

Britaniya Rusiyanın nəhəng şirkətlərinin və bir böyük bankın aktivlərini dondurdu

Böyük Britaniya Rusiyanın "VTB" bankının aktivlərini dondurur.

“Fins.az” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib. Biz VTB-nin aktivlərini tamamilə dondururuq", - Conson parlamentdə çıxış edərkən deyib. O əlavə edib ki, mövcud rıçaqlar Rusiya banklarını Böyük Britaniyanın maliyyə sistemindən tamamilə kənarlaşdırmağa imkan verir.

Bundan əlavə, Böyük Britaniya Rusiyanın “Aeroflot” aviaşirkətinin aktivlərini də dondurur.

“Biz Böyük Britaniyada “Aeroflot”a qadağa qoyuruq”, - Conson deyib. 

Britaniya Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunun oğlu Denis Bortnikova, “Promsvyazbank”ın baş icraçı direktoru Pyotr Fradkov və iş adamı, Rusiya Prezidenti Vladimir Putinin keçmiş kürəkəni Kirill Şamalova qarşı sanksiyalar tətbiq edib.