DÜNYA

24 Fevral

Avropa İttifaqında təcili iclas

Avropa İttifaqı Komissiyası Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Ukraynaya tətbiq edilməsi gözlənilən yeni sanksiyalar paketi ilə bağlı təcili iclas keçirəcək.
"Fins.az"xəbər veir ki, bu barədə "Bloomberg" məlumat yayımlayıb.

Məlumata görə, Avropa İttifaqı Komissiyası təcili olaraq Rusiyaya qarşı sanksiyaları müzakirə edir. Aİ Komissiyasının sözçüsü Erik Mamer, Komissiya üzvlərinin bu axşam Brüsseldə keçiriləcək Aİ Liderlər Zirvəsi öncəsi səhər təcili iclas keçirəcəklərini açıqlayıb.

Mamer Aİ Komissiyasının axşam saatlarında Liderlər Zirvəsinə hazırlaşacağını bildirib.Aİ-nin icra orqanı olan Aİ Komissiyası sanksiyaların məzmununu müəyyən edib və hərtərəfli sanksiyalar paketi müzakirə edilir.