DÜNYA

24 Fevral

“Kiyedə strateji obyektlərə ballistik raketlər atılır

Rusiya Ukraynaya hücum etdi, onun qoşunları bizim şimal sərhədlərimizi keçdi”.

“Fins.az” xəbər verir ki, bu barədə ukraynalı jurnalist Yuri Butusov özünün feysbuk hesabında yazıb.

“Ölkə boyu hərbi qurğular, ilk növbədə, hava bazasının hava hücumundan müdafiə hissələri, idarəetmə sistemləri hücuma məruz qalıb”, - o yazıb.

“Ukrayna Silahlı Qüvvələri müqavimət göstərir”, - Butusov əlavə edib.

“Ukraynanın paytaxtı Kiyedə strateji obyektlərə qanadlı və ballistik raketlər atılır”.

Bunu isə ukraynalı jurnalist Andrey Tsaplienko Teleqram kanalında yazıb.

Şahidlər Kiyevdə artilleriya atəşi və partlayış səsləri barədə Reuters agentliyinə məlumat veriblər.