ABŞ Prezidenti Co Bayden “Şimal axını 2” qaz kəmərinin operatoru və onun rəhbərliyinə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.
“Fins.az” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. “Mən administrasiyaya “Nord Stream 2 AG” və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyi əmr etmişəm”, – ABŞ liderinin bəyanatında deyilir.
Bayden vurğulayıb ki, ABŞ "Rusiya eskalasiyası davam edərsə, əlavə addımlar atmaqdan çəkinməyəcək" Onun sözlərinə görə, “prezident Putin öz hərəkətləri ilə dünyaya Rusiya qazından imtina etmək üçün qarşısıalınmaz stimul verib”.
Qeyd edək ki, “Şimal axını 2” Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya ötürmə gücü ildə 55 milyard kubmetr olan qaz kəməridir. O, yeganə səhmdarı Qazprom ilə birlikdə Nord Stream 2 AG tərəfindən həyata keçirilir.