DÜNYA

23 Fevral

Ukraynanın dövlət saytlarına haker hücumları olub

Axşam saatlarında Ukraynanın dövlət orqanlarının internet saytlarına kütləvi DDoS hücumu başlayıb.

“Fins.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov bildirib.

Bundan əvvəl Ukraynada bir sıra dövlət saytlarının, o cümlədən Ali Radanın, hökumətin rəsmi saytının, Xarici İşlər Nazirliyinin, Ukrayna Təhlükəsizlik Xidmətinin saytlarının açılmadığı bildirilirdi.