Kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislər Google Play-də Android istifadəçilərdən pul vəsaitlərini oğurlayan çoxlu sayda tətbiq aşkar ediblər. Mütəxəssislərin sözlərinə əsasən qara siyahıya daxil edilmiş tətbiqləri yükləmiş 10 milyona yaxın istifadəçi bu cür dələduzluq təhlükəsi altındadır. Zimperium Labs şirkətinin hesabatına əsasən dünyanın 70 ölkəsindən ümumilikdə 10 milyon insan zərərli tətbiqlərin qurbanına çevrilmiş ola bilər. Sözügedən tətbiqlər smartfona quraşdırıldaqdan sonra onlar istifadəçilərə xəbər vermədən avtomatik şəkildə aylıq 42$ dəyərində abunəlik sistemlərini aktivləşdiriblər. Zərərli tətbiqlər tanışlıq, əyləncə və s. kimi kateqoriyaları əhatə edirlər. Onların siyahısı ilə bu linkdən tanış olmaq olar.
Maraqlısı ondadır ki, söhbət, təkcə az bilinən məhsullardan getmir. Məsələn Handy Translator Pro adlı tətbiq yarım milyondan çox istifadəçi tərəfindən quraşdırılıb. İstifadəçilərin vəsaitlərini oğurlayan trojan digər tətbiqlərdə də rast gəlinir. Smartfona quraşdırıldıqdan sonra tətbiq xüsusi linkə sahib bildirişi generasiya edir və həmin linkə daxil olan zaman avtomatik abunəlik sistemi iş düşür. Bu cür tətbiqlər siyahısına Slime Simulator, Easy TV Show, CutCut Pro, Launcher iOS 15, My Locator Plus və s. tətbiqlər daxildirlər. Sözügedən tətbiqlər Google Play-dən artıq silinsələr də hələ də istifadəçilərin cihazlarında qalmış ola bilərlər. Mütəxəssislər bu tətbiqləri təcili şəkildə silməyi məsləhət görürlər.