Polşa Prezidenti Andjey Duda Belarus ilə sərhədboyu bölgələrdə fövqəladə vəziyyətin daha 60 gün uzadılması haqqında fərman imzalayıb.
Finxəbər verir ki, bu barədə ölkə liderinin mətbuat xidməti məlumat yayıb.
Fərman təsdiqlənməsi üçün parlamentə göndərilib. Fövqəladə vəziyyətin elan edildiyi bölgədə yerli sakinlərin hərəkəti sərbəst olacaq.
Həmin ərazidə yaşayış qeydiyyatında olmayan şəxslərin, eləcə də mətbuat nümayəndələrinin bölgəyə daxil olmasına icazə verilməyəcək.
Qeyd edək ki, Polşa bununla qaçqın və qeyri-leqal miqrantların şərq qonşusunun ərazisindən keçərək ölkəyə qanunsuz daxil olmasının qarşını almağa çalışır.