DÜNYA

22 Sentyabr

Neft nəhəngi elektrikli avtomobil biznesinə girir

Hollandiyada yerləşən Vitol Group enerji şirkəti elektrikli avtomobillər parkı yaratmağa hazırlaşır
Fins.az xəbər verir ki,Rotterdamda yerləşən şirkət, Çin elektrikli avtomobil və akkumulyator istehsalçısı BYD Co. ilə 250 milyon dollarlıq birgə müəssisə qurduğunu açıqlayıb. 

Fins.az xəbər verir ki,yeni şirkət şəhərlərə, şirkətlərə və təşkilatlara elektrikli avtomobil və şarj stansiyası xidmətləri göstərəcək. Şirkət hansı bazarları hədəf aldığını açıqlamayıb. Bogota, Kolumbiyada 300 elektrikli avtobus yerləşdirdiklərini və Cənubi Amerikada daha çox imkanlar axtardıqlarını bildirib.

Vitol, günəş və külək enerjisinə, inkişaf etməkdə olan ölkələrdə nəqliyyat infrastrukturuna və yanacaqdoldurma məntəqələrinə 1 milyard dollardan çox sərmayə qoyub.