DÜNYA

20 Sentyabr

Lufthansa-dan kapital artımı planı

Alman hava yolu şirkəti Lufthansa, pandemiya dövründə verilən dövlət yardımını ödəmək üçün 2.13 milyard avro (2.5 milyard dollar) toplamağı planlaşdırır.
Koronavirus pandemiyasından mənfi təsirlənən Alman hava yolu şirkəti, bazar günü səhmini 3,58 avro artıracağını açıqlayıb.Şirkətin səhmləri cümə günü 8,21 avroya ticarət olunub.

Açıqlamada, xilasetmə yardımının geri qaytarılması üçün ediləcək əməliyyatın 14 bankdan ibarət bir birlik tərəfindən imzalandığı açıqlanıb.

Almaniya hökuməti, pandemiyanın başlanğıcında uçuşlar dayandırıldıqda rekord itki verən şirkətə 9 milyard avroluq yardım paketi verib.