DÜNYA

20 Sentyabr

Yaponiyada yaşlıların sayı rekord səviyyəyə çatıb

Yaponiyada 65 yaşdan yuxarı şəxslərin sayı ilk dəfə olaraq 36,4 milyon nəfərə çatıb, bu isə əhalinin 29,1%-i deməkdir.

Bu statistik məlumat hər il Yaponiyada qeyd olunan Yaşlılara Hörmət Günü münasibətilə açıqlanıb.

Ümumi əhali sayında yaşlıların payına görə Yaponiya dünyada birinci yeri tutur.

Bir il ərzində ölkədə yaşlıların sayı 220 min nəfər artıb.

Qeyd edək ki, ölkədə kişilərin 26%-ni, qadınlar isə 32%-ni yaşlılar təşkil edir.