DÜNYA

17 Sentyabr

Bu ölkə Google-u 177 milyon dollar cərimələyib

 Cənubi Koreya hökuməti böyük texnoloji şirkətlər barəsində ciddi tədbirlər görməkdə davam edir. Bu dəfə Cənubi Koreyanın yerli antimonopoliya təşkilatı Google şirkətinə milyonlarla dollar dəyərində cərimə təyin edib. Məsələ isə Android əməliyyat sistemi ilə bağlıdır. Google öz növbəsində bu qərar ilə razı deyil. Koreya Respublikasının Ədalətli Ticarət üzrə Komissiyası (KFTC) əmindir ki, Google bazardakı hegemonluğundan sui-istifadə edir. Bu isə öz növbəsində mobil əməliyyat sistemləri bazarındakı rəqabəti məhdudlaşdırır.

    İttihamların əsas məğzi ondan ibarətdir ki, Google smartfon istehsalçıları ilə əməkdaşlıq müqaviləsi bağlayan zaman həmin istehsalçılara öz smartfonlarında təkmilləşdirilmiş Android-dən istifadəni qadağan edir. Bu üsul ilə Google bazardakı hegemonluğunu əldə edə bilib. Buna misal olaraq Samsung şirkəti gətirilib. Belə ki, 2013-cü ildə Samsung smart saatlarında fərdi əməliyyat sistemindən istifadə etmişdi. Lakin Google şirkəti Samsung ilə olan əməkdaşlıq razılaşmasını qeyd edəndən sonra Samsung məcburi şəkildə WearOS əməliyyat sisteminə keçməli olmuşdu.