DÜNYA

17 Sentyabr

İPhone 13 ən baha hansı ölkədə satılır?-REYTİNQ

 Nukeni adlı analitik şirkət Apple şirkətinin yeni iPhone 13 smartfonlarının ən yüksək qiymətə satıldığı ölkələrin reytinqini tərtib edib.

Fins.az xəbər verir ki, tərtib edilmiş reytinqdən məlum olub ki, iPhone 13-ün müxtəlif ölkələr üzrə olan qiyməti kəskin fərqlənir. Beləliklə iPhone 13-ün ən ucuz qiymətə satıldığı bazar ABŞ bazarıdır. ABŞ-ın bəzi ştatlarında məhsullara görə əlavə vergi ödənişi mövcud deyil. Məsələn 128 GB yaddaşa sahib iPhone 13 mini modeli ABŞ-da 729$-a satılır. Eyni yaddaş həcminə sahib iPhone 13 mini-nin ən bahalı satıldığı ölkələr Türkiyə ilə Braziliyadır.