DÜNYA

17 Sentyabr

Türkiyədə mənzillərin qiyməti qalxdı - QİYMƏTLƏR

Türkiyədə mənzil qiymətlərindəki artım davam edir.

Ölkənin Mərkəzi Bankının hesabatına görə, iyul ayında qiymətlər ötən ayla müqayisədə 2.8%, illik müqayisədə isə nominal 31%, real olaraq 10% artıb.

Ən böyük artım İzmirdəki mənizllərdə qeydə alınıb. Daha sonra bahalaşma İstanbul və Ankarada müşahidə edilib.

Hazırda Türkiyədə 100 kvadratmetrlik mənzilin orta qiyməti 466.9 min TL-dir. İstanbulda bu rəqəm 694.3 min TL, Ankarada 341 min TL, İzmirə isə 574.9 min TL təşkil edir.

Mənbə: TRT