DÜNYA

14 Sentyabr

Putin özünütəcrid rejiminə keçib

Rusiya prezidenti Vladimir Putin ətrafında qeydə alınan koronavirus halları ilə bağlı özünütəcrid rejiminə keçib.

Bu barədə Kremlin mətbuat xidməti bildirib.

Eyni zamanda, V.Putinin özünün xəstəliyə yoluxub-yoluxmaması barədə məlumat verilməyib.

Qeyd olunub ki, özünütəcrid rejimi ilə əlaqədar Rusiya prezidenti Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində videokonfrans formatında iştirak edəcək.