Apple -ın 13 rəqəminin batil inancına görə yeni iPhone modelini 12S adlandıracağı iddia edilirdi ancaq Apple -a yaxın bir ad olan Mark Gurmana görə yeni modelə iPhone 13 adı veriləcək.
Fins.az xəbər verir ki,yeni iPhone seriyası iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro və iPhone 13 Pro Max adı altında dörd variantda satışa çıxarılacaq. Məlumata görə, böyük dizayn dəyişiklikləri olmayan yeni iPhone modeli "S"modeli olaraq görülür.
İPhone 13-ün yeni xüsusiyyətlərinə nəzər salsaq, tam ekranlı yeni modelin ölçülərinin kiçildiləcəyi irəli sürülüb. A15 çipinin iPhone 13 -də istifadə ediləcəyi bilinir, nüvələrin sayı A14 ilə eyni qalacaq, lakin daha sürətli olacaq.
Yeni modelin arxa tərəfində, Pro modellərinin 3 ayrı kamera sisteminə sahib olacağı, digər modellərin isə yalnız ikili kamera xüsusiyyətlərinə sahib olacağı gözlənilir. Pro modeli, ProRes -də daha keyfiyyətli video çəkilişlərə də sahib olacaq.
İPhone 13 dizayn baxımından əhəmiyyətli dəyişikliklər görməsə də, Apple Watch 7 -nin daha diqqətəlayiq xüsusiyyətlərə sahib olduğu iddia edilir. Yeni modelin iPhone və iPad dizaynına uyğun düz ekran və düz kənarları ilə birlikdə bir sıra yeni saat kəmərləri təqdim edəcəyi gözlənilir.
Müəllif: Aynur Qəniyeva