DÜNYA

14 Sentyabr

Google-a rekord məbləğdə CƏRİMƏ

Çərşənbə axşamı Cənubi Koreyanın antiinhisar tənzimləyicisi, Alphabeti Google -u 207 milyard von (176.64 milyon dollar) cərimələyərək, ABŞ texnologiya nəhənginin mobil əməliyyat sistemi (OS) bazarında rəqabəti məhdudlaşdırmaq üçün dominant bazar mövqeyindən sui -istifadə etdiyini bildirib.

Fins.az xəbər verir ki,Koreya Ədalətli Ticarət Komissiyası (KFTC) Google -u yerli smartfon istehsalçılarının Android əməliyyat sistemini fərdiləşdirməsini əngəllədiyi iddiasıyla araşdırıb.

Əsas səbəb Google-un onunla işləyən mobil cihaz istehsalçılarına Android əməliyyat sisteminin modifikasiya olunmuş versiyasını və ya bənzər sistem yaratmağa imkan verməməsidir. Google istehsalçılarla bağladığı müqavilələrdə onlara öz əməliyyat sistemini qurmağa və ya başqa əməliyyat sistemlərindən istifadə etməyə də qadağa qoyur. Bu isə, KFTC-nin mövqeyinə görə “innovasiyalara zərər vurur və Google-un inhisarçı mövqeyini möhkəmləndirir”.

Müəllif: Aynur Qəniyeva