DÜNYA

10 Sentyabr

Avrozonada dövlət borcunun orta səviyyəsi ÜDM-nin 100%-nə çatıb

Avro bölgəsində dövlət borcunun orta səviyyəsi cəmiyyətin ÜDM-nin 100%-nə çatıb. Buna baxmayaraq, Avropa Komissiyası sözügedən dövlət borcunu davamlı hesab edir.

Bunu Avropanın iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloni Avropa Qrupunun qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Avrozonada dövlət borcunun səviyyəsi ÜDM-nin 100%-ni təşkil edir, bu ölçünün dayanıqlı olduğuna inanırıq, eyni zamanda, onun tədricən azaldılması üzərində işləmək niyyətindəyik".

© APA