DÜNYA

10 Sentyabr

Bayden və Çin prezidenti arasında telefon danışığı

ABŞ prezidenti Bayden və Çin prezidenti Xi Jinping arasında telefon danışığı olub, iki ölkə arasında fikir ayrılığına səbəb olan məsələlər müzakirə edilib.
Fins.az xəbər verir ki, liderlər, Ağ Evdən verilən açıqlamaya görə, dünyanın ən böyük iki iqtisadiyyatını qarşıdurmaya sürükləyən rəqabətdən qaçmağın zəruriliyini müzakirə edib.

Cümə axşamı baş tutan telefon danışığı ABŞ Prezidenti Co Baydenin yanvar ayında vəzifəyə başladığı gündən bu yana liderlər arasında ikinci görüş olub. 

Fevral ayında keçirilən ilk görüş, insan hüquqları, iqlim dəyişikliyi və Covid-19 pandemiyasının mənbəyi ilə bağlı şəffaflıq kimi bir sıra problemləri əhatə edib.

Ağ Evin açıqlamasında iki liderin "genişmiqyaslı strateji görüş keçirdikləri" haqqında məlumatlar var.Çin Dövlət Kütləvi İnformasiya Vasitələri, liderlər arasında səmimi və dərin bir dialoq olduğunu ifadə etdi və Si Tszinpin, "ABŞ -ın Çinə tətbiq etdiyi siyasətin iki ölkə arasındakı əlaqələr üçün böyük çətinliklər yaratdığını" bildirib.

Müəllif:Aynur Qəniyeva