DÜNYA

08 Sentyabr

Amerikalı milyarderin yeni texnoloji şəhər layihəsi

Marc Lore adlı amerikalı sahibkar və milyarder sıfırdan yeni şəhərin yaradılması planını açıqlayıb. Onun planında olan şəhərin adı isə Telosa-dır. Şəhərin konsepti Bjarke Ingels Group şirkəti tərəfindən hazırlanıb. Əgər nəticə etibarilə şəhər inşa edilsə, o, ABŞ-da yerləşəcək. Bununla yanaşı əgər hər şey plana uyğun getsə, ilk sakinlər Telosa şəhərinə artıq 2030-cu ilə kimi yaşaya biləcəklər. Marc Lore uğurlu biznesmen və keçmiş bankirdir. Onun əsas uğuru isə ondan ibarətdir ki, bir neçə il bundan öncə o, Jet.com adlı elektron kommersiya saytını Walmart şirkətinə 3.3 milyard dollara satmışdı. Öz bəyanatında Marc Lore bildirib ki, Telosa adlı yeni şəhər planı utopik bir layihə deyil. Buna baxmayaraq şəhər barəsindəki təsvirlərdə müəyyən utopik elementlər mövcuddur.

  “Məhdud sayda torpaq sahəsi mövcuddur və uzun illər ərzində bu torpaq sahəsinə çoxlu sayda insan namizəd olmağa çalışıb. Torpaq sahəsinə vergilərdən əldə olunmuş külli miqdarda dollarlar yatırılır. Bu səbəbdən də torpaq sahəsinin qiyməti müəyyən müddətdən sonra yüksəlir. Bu halda torpaq mülkiyyətçiləri nəsə istehsal etmək və ya riskə getmək məcburiyyətində qalmırlar. Faktiki olaraq torpaq sahəsini quraqlıq yerdən milyardlarla dollar dəyəri olan şəhərə çevirmək mümkündür” - deyə Marc Lore bildirib. Buna görə də milyarder ekvitizm adlandırdığı konsepsiyanı yaradıb. Əsas məqsəd 60.703 hektar əraziyə sahib böyük torpaq sahəsi alıb onu yerli icmaya verməkdir