DÜNYA

08 Sentyabr

Bu ölkədəki miqrantlar müavinət almaq üçün işləməli olacaqlar

Danimarkadakı bəzi miqrantlar sosial müavinət almaq üçün həftədə 37 saat işləməli olacaqlar.

Bu, 3-4 il müavinət almış, lakin Danimarka dilini müəyyən səviyyədə öyrənə bilməmiş şəxslər üçün məcburi tələb olacaq. Baş nazir Mette Frederiksen bu qaydanın bilavasitə müavinət hesabına yaşayan, “Qərb mənşəli olmayan” qadınlara yönəldiyini bildirib.

“Yeni iş məntiqi tətbiq etmək istəyirik. Bu məntiqə əsasən insanlar öz töhfələrini verməyə və faydalı olmağa borcludurlar. Əgər onlar daimi iş tapa bilmirlərsə, öz müavinətləri üçün işləməlidirlər”, - Frederiksen jurnalistlərə deyib.

© Report