Gürcüstanda 2020-ci ildən etibarən koronavirus qaydalarının pozulmasına görə yazılmış cərimələr silinəcək.
Müvafiq qanun layihəsi ölkə parlamenti tərəfindən qəbul edilib.
Sənəddə 23 iyun 2021-ci ildək yazılmış cərimələrin ləğvi nəzərdə tutulub.
Hesablamalara görə, yeni qanuna əsasən, 245 min fiziki və 344 min hüquqi şəxsin 76 milyon lari həcmindəki cərimələri silinəcək.